2019-cu il martın 31-nə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 19,71 min ipoteka krediti verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
31 mart 2019-cu il tarixinə İKZF-nin xətti ilə 25,825 min, o cümlədən birinci rübdə 802 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 76,3%-i Bakının payına düşüb.
Martın 31-nə Sumqayıtda 2,525 min, Abşeron rayonunda (Xırdalan) 1,878 min, Gəncədə 876, Naxçıvanda 280 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, aprelin 1-nə fondun agent bankları tərəfindən 1,133 mlrd. manat məbləğində kredit təkrar maliyyələşdirilib.
18-29 yaş arasında olan (bütün ipoteka kreditlərinin 34,85%-i), 30-35 yaş arasında olan (34,44%) və 36 yaşdan yuxarı şəxslər (30,72%) daha çox ipoteka krediti götürürlər.
Aktiv şəkildə ipoteka ilə mənzil alanlar kişilərdir (77,22%). Borc alanların 51%-nin aylıq gəliri 1,1 min manatı ötür.
Birinci rübdə İKZF ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 20 mln. manat cəlb edib – vəsaitin bütün həcmi fondun istiqrazlarının yerləşdirilməsindən əldə olunub.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir.
Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
Ə.Məmmədov