Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bölgələrdə avtomobil yollarının əsaslı təmirinə dair 22,5 mln. manat ümumi məbləğdə 6 müqavilə imzalayıb.
www.etender.gov.az saytındakı məlumata əsasən, AYDA Hirkan–Mamusta–Siyavar avtomobil yolunun əsaslı təmiri üçün “Lənkəran Yol Tikinti” ASC-ni podratçı qismində cəlb edib. Müqavilənin dəyəri – 2,9 mln. manatdır.
Qaraməryəm–İsmayıllı–Şəki (27 km) -Quşencə- Zoğallıq yolunun əsaslı təmiri məqsədilə AFT şirkəti ilə 2,9 mln. manat dəyərində müqavilə bağlanıb. Həmçinin, bu şirkət Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun əsaslı təmiri üçün podratçı qismində cəlb edilib. Müqavilənin dəyəri – 3,8 mln. manatdır.
Bundan başqa, AYDA Ərçivan-Atupa-Səncərədi-Alaşa-Züngüləş yolunun əsaslı təmiri üçün "ELNUR-2" şirkəti ilə 4,9 mln. manat dəyərində müqavilə imzalayıb.
"ORİON-E" MMC ilə Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli yolunun əsaslı təmiri məqsədilə 4,1 mln. manat dəyərində, “MUGAN-KİTT” şirkəti ilə Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına yolunun əsaslı təmiri üçün 3,9 mln. manat dəyərində müqavilə imzalanıb. **
N.Abbasova