Prezident İlham Əliyev bu ilin sonuna qədər daha 5 şəhərə içməli su xətlərinin çəkiləcəyini bildirib.
“Bu ilin sonuna qədər əlavə 5 şəhər içməli su ilə təmin olunacaq. Eyni zamanda, 12 şəhərdə içməli su xətlərinin çəkilməsi üzrə işlər davam etdiriləcək”, – deyə dövlət başçısı aprelin 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu günə qədər 38 şəhər içməli su ilə təmin olunub.
“Bu ilin sonuna qədər 1000 kilometr avtomobil yolu da çəkilməlidir”, - deyə İ.Əliyev əlavə edib.
Prezident deyib ki, yeni avtomobil yolları Bakı qəsəbələrində və regionlarda çəkiləcək. “Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır”, - deyə o qeyd edib.*
R.Babayev