İlk "Kiçik və orta biznes Evi" bu ilin sonuna qədər Bakının Nərimanov rayonunda açılacaq. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, КОВ Evində 30 dövlət qurumunun 110-dan çox xidməti təqdim ediləcək. “Sertifikatlar, lisenziyaların verilməsi bir məkanda təşkil ediləcək”, - deyə O.Məmmədov bildirib.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. Agentliyin tərkibində “Kiçik və orta sahibkarlıq evi” fəaliyyət göstərəcək.
10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq.*
B.Rüstəmbəyov