Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bazalarından birində komanda-qərargah təlimi keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat verir.
“Təlim zamanı aviasiya vasitələri hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı fəaliyyətdə qoşun qruplaşmalarının hava zərbələrindən müdafiəsi, şərti düşmənin hava hədəfləri, komanda məntəqələri, zirehli texnikası və canlı qüvvəsinin məhv edilməsi üzrə taktiki epizodları icra ediblər”, - məlumatda qeyd olunur.
Təlim 2019-cu ilin döyüş hazırlığı planına əsasən keçirilib. **
B.Rüstəmbəyov