Ukraynanın “Ukroboronprom” dövlət konserni Azərbaycan istehsalı olan döyüş sursatı və yaxın məsafədə döyüş vasitələrinin alışında maraqlıdır. Bu barədə konsernin trəsmi saytında məlumat verilir.
“İstanbulda keçirilən IDEF-2019 Beynəlxalq sərgi çərçivəsində “Ukroboronprom”un baş direktoru Pavel Bukin və Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanın döyüş sursatı proqramında konsernin iştirakı məsələləri müzakirə olunub”, - məlumatda qeyd edilir.
Xüsusilə, tərəflər yerüstü artilleriya döyüş sursatı üçün ayrıca ehtiyat hissələrinin istehsalının təşkili məsələlərini müzakirə ediblər.
“Tərəflər müdafiə müəssisələrinin texnologiyaların qarşılıqlı transferi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. “Ukroboronprom” Azərbaycandan döyüş sursatı və yaxın məsafədə döyüş vasitələrinin alışına maraq göstərir”, - konsernin mətbuat xidməti bildirir. **
R.Babayev