Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Oleq Belokonev Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə nazirlikdən məlumat verilir.
“O.Belokonev Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə Azərbaycana rəsmi səfərə gəlib”, - məlumatda deyilir.
Səfərin gündəliyi barədə məlmat verilmir. **
F.İsazadə