Azərbaycan prezidenti İlham Əliyev Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması üçün “Azərsu” ASC-yə 6 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyev bazar ertəsi müvafiq sərəncam imzalayıb. Sənəd dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
B.Rüstəmbəyov