Prezident İlham Əliyev “Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” sərəncam imzalayıb.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.
“Qobustan sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə yeni yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3 mln. manat ayrılsın”, - deyə sərəncamda qeyd olunur.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.*
Ə.Məmmədov