Prezident İlham Əliyev Qobustan rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 2 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Bakı–Şamaxı–Yevlax (88 km)–Ərəbqədim–Göydərə avtomobil yolunun tikintisi məqsədilə vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Bundan başqa, sərəncama əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
Ə.Məmmədov