2019-cu ilin birinci rübündə Azərbaycanda yol hərəkəti qaydaları pozuntusuna görə 23,1 mln. manat cərimə tətbiq edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
«Yanvar-martda 23,1 mln. manat cərimə tətbiq edilib (2018-ci ilin birinci rübündə 14,2 mln. manat, yəni 62,7% çox - İF), - DSK-dan qeyd olunur.
Hesabat dövründə yol hərəkəti qaydaları əleyhinə 701,6 min inzibati xəta (azalma 10,8%) aşkarlanıb «Xətaların 42,4%-i yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 8,3%-i yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 7,5%-i dayanma və ya durma qaydalarının pozulması, 11,5-i svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 4,2%-i icbari sığorta haqqınsa müqavilənin imzalanmaması, 3,8%-i təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb», - Komitədən bildirilir.
Birinci rübdə yol-nəqliyyat hadisələrinin sayı 0,5% - 374 minədək, zərərçəkənlərin sayı isə 4,2% - 484 min nəfərədək azalıb.
“374 yol qəzasında 342 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 142 nəfər isə ölüb”, - Komitədən qeyd olunub.
Yol-nəqliyyat hadisələrinin 89,3%-i yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində 100 nəfər həlak olub, 332 nəfər xəsarət alıb. 2018-ci ilin birinci rübü ilə müqayisədə həlak olanların sayı 26,5%, yaralananların sayı isə 1,2% artıb.
Bütün yol-nəqliyyat hadisələrinin 48,1%-i nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə baş verib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 7 hadisə baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 78,9%-ni, yaralananların isə 75,7%-ni kişilər təşkil edib Bundan başqa, hadisələrin 43,3%-i gündüz, 36,9%-i gecə baş verib, 26,7%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
R.Babayev