Mayın 10-da prezident İlham Əliyev və ailə üzləri eks-prezident Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. Onları hökumət və parlament üzvləri müşayiət edib.
Dövlət başçısı H.Əliyevin məzarı önünə əklil qoyub, onun xatirəsini ehtiramla anıb.
Qeyd edək ki, bu gün H.Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
H.Əliyev 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olub.
H.Əliyev 10 may 1923-cü ildə Haxçıvan şəhərində anadan olub.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul ayında keçirilən plenumunda H.Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. 1982-ci ilin sonunda H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ilin oktyabr ayında H.Əliyev prezident, 1998-ci ildə təkrar dövlət başçısı postuna seçilib. **