31 mart 2019-cu il tarixinə Azərbaycanın strateji valyuta ehtiyatları $46,7 mlrd. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $44,9 mlrd. təşkil edib. Beləliklə, cari ilin I rübündə Mərkəzi Bankın valyuta ehtiyatları 4% artıb.
“Mart ayının sonuna olan məlumata görə, Azərbaycan 32 ay ərzində idxal olunan mal və xidmətlərə görə ödənişin həyata keçirilməsi üçün $46,7 mlrd. məbləğində strateji valyuta ehtiyatına malikdir”, - deyə məlumatda bildirilir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.*
A.Əzizov