2019-cu ilin yayından etibarən Azərbaycan kənd təsərrüfatı sahələrinin vəziyyətinin müəyyən olunması məqsədilə dronlardan istifadə etməyə başlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Kənd Təsərrüfati Nazirliyinin protokol sektor müdiri Toğrul Qafarbəyli məklumat verib.
“Hələlik nazilrik yalnız bir pilot dron alıb. Yaxın zamanda bu dronların sayı 10-15 ədədə qədər artacaq. Dronlar nazirliyin Bitkiçilik İnstituna təhvil veriləcək, fermerlərin sifarişi ilə mütəxəssislər yerlərə gedərək zəruri araşdırmalar həyata keçirəcəklər”, - T.Qafarbəyli bildirib.
Onun sözlərinə görə, dronlar kənd təsərrüfatı sahələrinin çətin gedilə bilən yerlərində çəkilişlərin aparılması üçün zəruridir. Onlar suvarmanın nə dərəcədə düzgün aparılması, torpağın vəziyyətini və alaq otları müəyyən edə bilirlər.
“Bütövlükdə, dronlar 10 funksiyaya malikdir və Honkonqda istehsal olunur”, - T.Qafarbəyli əlavə edib.
O, həmçinin qeyd edib ki, bu cür dronlarlın satın alınması üçün 4 dövlət strukturunun icazəsi zəruridir: Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti. **
B.Rüstəmbəyov