Azərbaycan Stavropol diyarının əsas xarici iqtisadi tərəfdaşlarından biridir və diyar Bakı ilə əməkdaşlığı bundan sonra da genişləndirməkdə maraqlıdır. “Stavropolskaya Pravda” qəzetinin məlumatına görə, bunu Stavropol diyarı hökuməti sədrinin birinci müavini Nikolay Velikdan deyib.
“Respublika (Azərbaycan - İF) Stavropol taxılının ən iri istehlakçısıdır. Biz bu ölkəyə mineral gübrələr, tikinti materialları, heyvan yemi, əczaçılıq məhsulları, mineral sular və digər məhsullar da tədarük edirik”, - deyə N.Velikdan Bakıda kənd təsərrüfatı sərgisinin açılışı ərəfəsində bildirib.
Tədbirdə kənd təsərrüfatı, eləcə də sanatoriya-kurort istirahəti sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunacaq.
"Azərbaycanlı turistlərin Qafqaz Mineral Sularının kurortlarına marağı uzun illərdir ki, dəyişməz surətdə yüksək olaraq qalır", - deyə qəzet yazır.
Buna görə Stavropol diyarının nümayəndə heyəti bu gün öz işinə başlayan sərgidə iştirak edir.*
R.Babayev