Azərbaycan prezidenti İlham Əliyev Quba rayonunda avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 20 mln. manat ayırmağı tapşırıb.
Quba–Qonaqkənd avtomobil yolu 66 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündən ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşənbə günü dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov