İyunun 17-dən “Kazan” beynəlxalq aeroportundan Bakıya gündəlik reyslər həyata keçiriləcək. Bu barədə aeroportun mətbuat xidmətindən məlumat verilib.
Hazırda bu marşrutla “Azərbaycan Hava Yolları” (AZAL) və “Buta Airways” şirkətləri uçuşlar həyata keçirir.
Uçuşlar 106 yerlik “Embraer-190” təyyarələri ilə yerinə yetiriləcək.
Hazırda aviaşirkətlər Kazan-Bakı marşrutu ilə həftədə 3 reys həyata keçirir.*