2016-2018-ci illərdə Milli Ödəniş Sisteminin dövriyyəsi 73% artb. Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova deyib.
“Son üç il ərzində Azərbaycanda nağdsız ödəniş sistemlərinin səviyyəsi mühüm dərəcədə artıb. Belə ki, Milli Ödəniş Sisteminin dövriyyəsi 73% - 2018-ci ilin sonuna 274 mlrd. manatadək artb”, - K.Qurbanova bu gün Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, eyni zamanda kartla ödənişlər və nağdsız dövriyyə 1,5 dəfə, Hökumət Ödəniş Portalı vasitəsilə nağdsız ödənişlər – 7 dəfə artıb. **
Ə.Məmmədov