2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana $85 mln. 745,34 min dəyərində əczaçılıq məhsulları idxal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-aprel aylarında Azərbaycana $85 mln. 745,74 min dəyərində 4 min 493,04 ton həcmində əczaçılıq məhsulları idxal olunub (2018-ci ilin yanvar-aprel aylarının göstəricisinə uyğundur - İF)”, - Komitədən bildirilir.
2018-ci ildə Azərbaycana $290 mln. 184,22 min dəyərində 16 min 933,78 ton həcmində əczaçılıq məhsulları idxal olunub.**
N.Abbasova