Prezident İlham Əliyev Gəncə şəhərində Gəncəçay çayı üzərində yerləşən 5 körpünün bərpası məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Museyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpasına yönəldiləcək
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə