Asiya İnkişaf Bakı (AİB) və Maliyyə Nazirliyi 21-23 may tarixlərində Bakıda Dövlət borcunun idarə olunması üzrə Asiya Regional Forumu (2019 Asian Regional public debt management forum) təşkil edəcək.
“AİB-in vitse-prezidenti İnqrid van Vis (Ingrid van Wees) forumda iştirak etmək üçün Bakıya gələcək”, - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Üç gün davam edəcək tədbir zamanı iştirakçılar bu məsələləri müzakirə edəcəklər: dünya və regional iqtisadiyyatın icmalı, daxili borc bazarlarının vəziyyəti və perspektivləri; inkişaf etməkdə olan ölkələrdə dövlət borcunun idarə edilməsi ilə bağlı problemlər; beynəlxalq bazarlarda borcalma ilə bağlı son tendensiyalar.
Bundan əlavə, aktiv və passivlərin idarə edilməsi, dövlət borclarının idarə olunmasına nəzarət, yaşıl və dayanıqlı maliyyə bazarlarına dəstək göstərilməsi ilə bağlı məsələlər də müzakirə olunacaq.
"Ümumilikdə, forum çərçivəsində 10 panel sessiyasının keçirilməsi planlaşdırılır", - deyə məlumatda vurğulanır.*
A.Əzizov