Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişi təsdiq edib.
Sənəd 2019-cu il martın 23-də Azərbaycan XİN başçısı Elmar Məmmədyarovun Paraqvaya rəsmi səfəri çərçivəsində Asunsion şəhərində imzalanıb.
İ.Əliyevin müvafiq qanunu cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
F.İsazadə