Yarımmüdafiəçi Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək final matçında “Arsenal”a kömək edə bilməyəcək. Bu barədə "The Times" nəşri yazıb.
Nəşrin məlumatına görə, klub 30 yaşlı xavbeki təhlükəsizlik səbəbindən Londonda saxlamağı planlaşdırır. Bundan başqa, komanda istəmir ki, bu amil “Çelsi” ilə final matçı öncəsi oyunçuların fikrini yayındırsın.
Mxitaryan bundan əvvəl də iki dəfə Azərbaycanda keçirilmiş oyunları buraxıb – bu mövsüm o, Avropa Liqasının oyunları çərçivəsində “Qarabağ”la, daha əvvəl isə “Borussiya” klubunda çıxış edərkən “Qəbələ” ilə oyunda iştirak edə bilməyib.
““Arsenal”da bu vəziyyətdən məyus olsalar da, münaqişəyə və gərginliyə yol verilməməsi üçün belə qərar verməyə məcburdurlar”, - deyə “The Times” vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Bakıda Mxitaryanın təhlükəsizliyinə təminat veriləcəyini bildirmişdi.
UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.*
A.Əzizov