Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ilin sonunadək ölkənin maliyyə sahəsinə blockchain texnologiyasını tətbiq etməyi planlaşdırır. Bunu AMB-nin baş informasiya inzibatçısı Fərid Osmanov deyib.
“Azərbaycanda blockchain texnologiyası əsasında ilk ekosistemin yaradılması pilot layihədir. Hazırda ilin əvvəlində yaradılan prototipin implementasiyası prosesinə dair danışıqlara aparırıq. Cari ilin sonunadək sistemin istifadəyə verilməsi planlaşdırılır”, - Osmanov cümə günü Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sammitində bildirib.
O qeyd edib ki, AMB-nin planında bütün elektron bank əməliyyatlarının blockchain texnologiyasına keçməsi var.
“Bu, ilk növbədə, kredit təşkilatlarına ötürülən fərdi məlumatların təhülkəsizliyini mühüm dərəcədə yaxşılaşdırmağa imkan yaradacaq. Bundan başqa, bu texnologiya əksər əməliyyatların kənardan həyata keçirilməsinə şərait yaradcaq. İlk növbədə planlarımızda hesabların məsafədən aşılmasının təminatıdır. Bu hədəf bir neçə mərhələdə reallaşdırılacaq. Öncə fiziki şəxslərin 500 mahatadək, daha sonra 6 min manatadək məbləğdə, gələcəkdə isə bütün hesabların məsafədən açılmasını təmin etməyi planlaşdırırıq”, - Osmanov bəyan edib. **
Ə.Məmmədov