Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın abadlaşdırılması, eləcə də obyektlərin tikintisi və təmiri üçün "INPEKS.N” MMC ilə 22 mln. 574 min 263,1 manat dəyərində 3 müqavilə bağlayıb.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, “INPEKS.N” MMC ilə imzalanmış birinci müqavilə Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Müqavilənin dəyəri 16 mln. 999 min 743,9 manatdır.
2 mln. 575 min 40,6 manat dəyərində ikinci müqavilə məhəllələrarası yollar və səkilərdə asfalt örtüklərin təmirini nəzərdə tutur.
Bundan başqa, “INPEKS.N” şirkəti Bakı ərazisində sosial-mədəni və məişət obyektlərinin tikintisi və təmirinin podratçısı olub. İşlərin dəyəri 2 mln. 999 min 478,6 manatdır.*
N.Abbasova