Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Azərsığorta” şirkətinin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a MBNP-dən məlumat verilir.
“17 may tarixindən “Azərsığorta” “Avtonəqliyyat vasitəsi sahiblərin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə xidmətlər göstərmir”, - MBNP-dən qeyd ediblər.
“Azərsığorta” “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilmədiyindən tənzimləyici tərəfindən bu qərar qəbul olunub. Şirkətin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb”, - Palatadan vurğulanıb.
“Azərsığorta” şirkəti 1991-ci ildə yaradılıb. Şirkət əldə etdiyi sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Nizamnamə kapitalı 9 mln. manata bərabərdir. **
N.Abbasova