ABŞ və Azərbaycan energetika sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsini planlaşdırır. Bunu ABŞ-ın Bakıdakı səfiri Erl Litsenberger cümə günü jurnalistlərə bildirib.
“Mayın sonunda ABŞ Dövlət Departamentinin rəsmilərindən ibarət yüksək səviyyəli nümayəndə heyəti Bakıya səfər və neft-qaz sərgisində iştirak edəcək”, - Litsenberger bildirib.
Onun sözlərinə görə, bundan başqa, Amerikanın nümayəndə heyəti energetika sahəsində Azərbaycanla cari əməkdaşlı məsələləri və bu istiqamətdə gələcək perspektivləri müzakirə edəcək. **
Ə.Məmmədov