Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndələri bu gün Türk Ticarət və Sənaye Palatasının nizamnaməsini imzalayıblar. Bu barədə Qazaxıstan baş nazirinin mətbuat xidməti məlumat yayıb.
“Türk Şurasının beynəlxalq təşkilata çevrilməsi türkdilli ölkələr arasında iqtisadi kooperasiyanın inkişafına yeni təkan verəcək ki, bu da əməkdaşlığı genişləndirməyə və Qazaxıstan iqtisadiyyatına investisiya axınını gücləndirməyə kömək edəcək”, -deyə məlumatda bildirilir.
Sənədi Nur-Sultanda Qazaxıstan “Atameken” Milli Sahibkarlar Palatasının sədri Abılay Mırzamətov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev,Qırğızıstan Ticarət-Sənaye Palatasının prezidenti Marat Şarşekeyev və Türkiyə Palatalar və Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu imzalayıb.*