Azərbaycan prezidenti İlham Əliyev Saatlı və Sabirabad rayonlarının İcra Hakimiyyətləri başçılarını dəyişib.
İ.Əliyevin müvafiq sərəncamları cümə günü dövlət başçısının saytında dərc olunub.
Nazim İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Dogər sərəncanla prezident Siraqəddin Cabbarovu Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edərək Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edib. **
F.İsazadə