"LUKOIL–Azerbaijan" QSC bu gün Sabirabad rayonunda yeni yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib.
“Yeni YDM françayzinq şərtləri ilə istismar olunacaq. Yanacaqdoldurma məntəqəsində EKTO benzin və dizel yanacağı satılacaq. YDM ərazisində kafe, avtoyuma və avtoservis də fəaliyyət göstərəcək”, - deyə şirkətin Facebook səhifəsində bildirilir.
Beləliklə, "LUKOIL–Azerbaijan" QSC-nin yanacaqdoldurma məntəqələrinin sayı 60-a çatıb.
«LUKOIL–Azerbaijan» QSC ölkədə 1993-cü ildən fəaliyyət göstərir. Şirkət, həmçinin Azərbaycanda ildə 320 min ton neft məhsulunun aşırılmasını təmin edən neft bazasını idarə edir.*
N.Abbasova