2019-cu ilin sonunda Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX) “Azərbaycan” pavilyonunda ilk sərgi keçiriləcək. Bu barədə Moskva şəhər şəhərsalma və tikinti siyasəti Kompleksi məlumat verir.
“Azərbaycan” pavilyonunda fasadın yenidənqurma işləri tamamlanmaq üzrədir. Mütəxəssislər interyerlə bağlı işlərə başlayıb. Ümumilikdə, 8 zalın yenilənməsi, mərmər döşəmələrin döşənməsi, işıq fənərlərinin bərpası gözlənilir”, - məlumatda deyilir.
Üç aydan sonra Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan qəliblər əsasında “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri pavilyonun əsas fasadının kənarlarını bəzəyəcək.
“Fəvvarə camları oranjereyanı bəzəyəcək. 2019-cu ilin sonunda birinci mərtəbənin sərgi məkanında ilk sərginin açılışı planlaşdırılır”, - məlumatda qeyd olunur.
İşlərin icrasını layihənin bütün mərhələlərində Aurora Group (AG) təmin edir.
“Yenidənqurma işləri diqqətli və çox zaman əl işləri tələb edir. Bərpa işləri bəzən ən bahalı interyerlərin yaradılması dəyərindən artıqdır. Bu yaxınlarda örtüklərin birinin altında divar naxışı aşkar etdik. Yenidənqurmaya ehtiyac yarandı”, - AG-nin təsisçisi Maksim Neretin bildirib.
O qeyd edib ki, “Azərbaycan” pavilyonu XTNS-nin 49 mədəniyyət irs obyektlərindən biridir. İşlər sərginin tammiqyaslı yenidənqurması çərçivəsində həyata keçirilir.
“Azərbaycan” pavilyonu XTNS-nin əsas yaraşıqlarından biridir, onun əsas xüsusiyyəti – 1939-cu ilin qorunan interyeridir.
“Digər pavilyonlardan fərqli olaraq, 1954-cu ildə onun tam bərpası baş verməyib”, - məlumatda Moskva Mədəni İrs Departamentinin rəhbəri Aleksey Yemelyanovun sözlərindən sitat gətirilir.
14 nömrəli pavilyonun tarixi simasının bərpası məqsədilə mütəxəssislər XTNS-dəki əsas fasadın qarşısında iki fəvvarə camı, keramik plitələr, divarların və sütunların mərmər üzüklərində mozaika elementləri və naxışlardan ibarət kompleks yaradacaqlar.
14 nömrəli pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun layihəsi əsasında Azərbaycan SSR-in pavilyonu üçün tikilib. Azərbaycan heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun 1950-1951-ci illərdə ərsəyə gətirdiyi “Çoban” və “Azərbaycanlı qadın” heykəlləri uzun müddət bu pavilyonun əsas fasadını bəzəyiblər. Heykəltəraş “Çoban” heykəlini yaratdığına görə Stalin mükafatına layiq görülüb. Sənədli tədqiqatlar və məsləhətləşmələr zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda müəllifin gipsdən düzəldilmiş orijinal qəlibləri, həmçinin heykəllərin daha sonra tuncdan tökülmüş surətləri tapılıb. **
F.İsazadə