Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin sürətləndirilməsini zəruri hesab etmir.
“Biz bu prosesi sürətləndirməyəcək, eyni zamanda da ləngitməyəcəyik. Çünki münaqişə var və bunu unutmağın məqsədəuyğun olduğunu düşünmürəm”, - deyə Paşinyan bu gün rusiyalı jurnalistlərlə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənstanın Qarabağın müstəqilliyini tanıması həssas məsələdir.
N.Paşinyan qeyd edib ki, Qarabağ məsələsini həll etmək olar, ancaq bunun üçün Dağlıq Qarabağı danışıqlar prosesinə qaytarmaq lazımdır.*