Yanvar-mart aylasrında Azərbaycanda əhalinin sayı 17,653 min nəfər artaraq 2019-cu il aprelin 1-nə 9 mln. 999,11 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 6 aprel 2019-cu il tarixində Azərbaycanda 10 milyonuncu sakin dünyaya gəlib.
В городах проживает 52,8% населения страны, в сельской местности - 47,2%. Мужчины составляют 49,9% населения, женщины - 50,1%.
Əhalinin 52,8%-i şəhər, 47,2%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Birinci rübdə ölkə üzrə 32,402 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Yeni doğulan oğlanlar 53,3% qızlar – 46,5% təşkil edib. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 14,811 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 6,1 təşkil edib.
Yanvar-mart aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 13,191 min nikah və 3,972 min boşanma halı qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 398 nəfər gələn və 336 nəfər ölkədən gedən qeydə alınıb.**
R.Babayev