Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han 13-14 iyun tarixlərində Azərbaycanda səfərdə olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Komissar Han Azərbaycan-Aİ biznes forumunda iştirak edəcək”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, forumda Azərbaycan və Aİ-dən rəsmi şəxslər və şirkətlər iştirak edəcək. Tədbirdə sənayenin mühüm sahələri, biznes imkanları və problemlər müzakirə olunacaq. Həmçinin kənd təsərrüfatı, kommunikasiya və turizm sektorları üzrə müzakirələr aparılacaq.
Azərbaycan-Aİ biznes forumu Bakıda ildə bir dəfə keçirilir.*
F.İsazadə