2018-ci ildə məşğulluq proqramının reallaşdırılması zamanı şəffaflığın təminatı 6,1 mln. manat vəsaitə qənaət etməyə imkan yaradıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
“Xidmət və istehsalat sahəsində qənaətin həcmi 20%, ASK sahəsində - 14% təşkil edib”, - nazirlikdən qeyd ediblər.
Ötən il məşğulluq sahəsində proqram çərçivəsində 7,267 min nəfər kursları uğurla bitirib.
“Onlardan 6,018 min nəfər aktivlərlə təmin olunub”, - nazilrikdən qeyd ediblər. **
R.Babayev