Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonunda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması üçün 20,145 mln. manat ayırmağı tapşırıb.
İ.Əliyevin müvafiq sərəncamı bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Vəsait “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq. **
F.İsazadə