Hesablama Palatası 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi təsdiq edib. Bu barədə Palatadan məlumat verilir.
“Kollegiya iclasında Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası üzrə rəy müzakirə olunub və Milli Məclisə təqdim edilməsi qərara alınıb”, - məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 509 mln. manat təşkil edib və proqnoz 101,7% icra olunub. 2018-ci ildə dövlət büdcəsinin xərcləri 22 mlrd. 731 mln. manat təşkil edib və 98,4% icra olunub. **
2018-ci il ərzində dövlət büdcəsinin kəsiri 222 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil edib. **
Ə.Məmmədov