Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar yerli sakinlərin “Tarqovı”ya girişinin məhdudlaşdırılması ilə bağlı məlumatları təkzib edib.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mayın 25-dən 31-dək “Tarqovı”ya Bakı sakinlərinin girişinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayılıb. Xüsusilə bu günlərdə Azərbaycana çoxsaylı turist axınının gözlənilməsi ilə əlaqədar yerli sakinlər şəhərin mərkəzinə buraxılmayacaq.
“Bu məlumatlar həqiqətə uyğun deyil və heç bir məhdudiyyət tətbiq edilməyib”, - deyə BŞİH-in mətbuat xidmətinin rəhbəriİsrafil Kərimov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
O qeyd edib ki, belə məlumatlarşəbəkə təxribatı xarakteri daşıyır. “Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək", - deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyununda İngiltərənin “Çelsi” və “Arsenal” klubları qarşılaşacaq.*
F.İsazadə