Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnaməni təsdiq edib.
Dövlət başçısının saytında dərc olunan Əsasnaməyə görə, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: heyvan sağlamlığının təmin edilməsi, heyvandarlıqda məhsuldarlığın artırılması, epizootiya əleyhinə tədbirlər görülməsi sahələrində dövlət baytarlıq xidmətlərinin təşkilini və idarə edilməsini həyata keçirir; bitki sağlamlığı, bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar, o cümlədən aqrokimyəvi xidmətlərin təşkilini və idarə edilməsini həyata keçirir; seleksiya nailiyyətlərinin (bitki sortlarının) ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini təmin edir; kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsinin və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edir; kənd təsərrüfatı texnikasının dövlət qeydiyyatının aparılmasını, texniki vəziyyətinə və istismarına dövlət nəzarətini həyata keçirir, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahan qəbulu və sürücülük vəsiqələrinin verilməsi ilə bağlı fəaliyyəti təmin edir.
Əsasnaməyə görə, Agentliyin sədri kənd təsərrüfatı naziri tərəfindən təyin olunur. **
B.Rüstəmbəyov