2018-ci ildə neft sektorundan dövlət büdcəsinə daxil olan gəlirlərin xüsusi çəkisi 2017-ci ilin yekunları üzrə qeydə alınmış 47,7%-ə qarşı 59,5%-dək artıb.
Hesablama Palatasının materiallarına əsasən, ötən il qeyri-neft sektorundan dövlət büdcəsinə 13 mlrd. 400,5 mln. manat (2017-ci illə müqayisədə artım 70%) daxil olub.
Xüsusilə hesabat ilində Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10 mlrd. 959 mln. manat (artım 79,7%), SOCAR-ın vergi ödənişləri 1 mlrd. 425,1 mln. manat (artım 8,2%), hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərinin mənfəət vergisi üzrə ödənişləri 1 mlrd. 16,4 mln. manat (artım 2,2 dəfə) təşkil edib.
2018-ci ildə ARDNF-dən transfertlər dövlət büdcəsinin gəlirlərinin 48,7%-ni (2017-ci ildə 36,9%) təmin edib.
Ötən il dövlət büdcəsinin qeyri-neft gəlirləri 9 mlrd. 108,4 mln. manat (2017-ci illə müqayisədə artım 5,5%) təşkil edib.*
A.Əzizov