Azərbaycan 2019-cu ilin I rübündə $25 mln. 456,29 min dəyərində pomidor ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
"I rübdə Azərbaycan $25 mln. 456,29 min dəyərində 21,371 min ton pomidor ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 7,7%, dəyər ifadəsində 6,1% artıb", - deyə məlumatda bildirilir.
Hesabat dövründə pomidorun əsas idxalçısı Rusiya olub. Belə ki, cari ilin yanvar-mart aylarında Rusiyaya $25 mln. 392,2 min dəyərində 21,303 min ton pomidor (bütün ixracın 99,7%-i – İF) ixrac olunub. 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə Rusiyaya pomidor ixracı miqdar ifadəsində 7,8%, dəyər ifadəsində 6,3% artıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2018-ci ildə $177 mln. 380,78 min dəyərində 171,921 min ton pomidor ixrac edib. Bu dövrdə də pomidorun əsas idxalçısı Rusiya olub. Bu ölkəyə $176 mln. 263,12 min dəyərində 170,315 min ton pomidor ixrac olunub.*
B.Rüstəmbəyov