Azərbaycan Müdafiə Nazirliyi cari ilin sentyabr ayında Rusiya və Qazaxıstanla üçtərəfli hərbi-dəniz təlimlərində iştirakı nəzərdən keçirmir.
“Hazırda bu məsələ nəzərdən keçirilmir”, - deyə nazirliyin mətbuat katibi Vaqif Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Qeyd edək ki, RF Xəzər donanmasının komandanı kontr-admiral Sergey Pinçuk bir gün əvvəl bildirmişdi ki, cari ilin sentyabr ayında donanmanın Azərbaycan və Qazaxıstanın hərbi-dəniz qüvvələri ilə üçtərəfli təlimlərdə iştirakı planlaşdırılıb.*
F.İsazadə