2019-cu ilin I rübündə Azərbaycan kartof ixracını 24,6% azaldıb, bu məhsulun idxalını 24,4% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.
“Cari ilin birinci rübündə Azərbaycan $443 min. məbləğində 1,013 min ton kartof ixrac edib. Ötən ilin analoji dövrü ilə müqayisədə say ifadəsində ixrac həcmi 24,6%, dəyər ifadəsində 24,4% azalıb”, - hökumətdən qeyd ediblər.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, yanvar-mart ayları ərzində Rusiyaya $414,59 min (аzalma 29,2%) 0,951 min ton (azalma 29,1%) kartof ixrac olunub.
Cari ilin 3 ayı ərzində Azərbaycana $17,326 mln. (аrtım 32,5%) məbləğində 66,826 min ton kartof (artım 24,4%) idxal edilib.
Azərbaycana əsas kartof tədarükçüləri Rusiya, İran və Pakistan olub. Xüsusilə, İran $8 mln. 177,39 min məbləğində 33,674 min ton, Pakistan $1 mln. 38 min məbləğində 3,479 min ton kartof tədarük edib. Eyni zamanda, ötən ilin analoji dövrü ilə müqayisəıdə Rusiyadan kartof tədarükünün həcmi say ifadəsində 25,4 dəfə, dəyər ifadəsində - 27,4 dəfə artıb.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycan $29 mln. 627,54 min məbləğində 66,563 min ton kartof ixrac edib.
2019-cu ilin birinci rübündə Azərbaycanda soğanın, eləcə də kartof və kələmin qiymətində bahalaşma müşahidə olunub (3 dəfəyə qədər). Nazirlər Kabineti müvəqqəti gömrük rüsumunun tətbiqi bu kənd təsərrüfatı məhsullarının qiymətinin aşağı salınması məqsədilə kartof, kələm ixarcına gömrük rüsumlarının dərəcələrini təsdiq edib, soğan ixracına rüsumu artırıb. Nazirlər Kabinetinin qərarına əsasən, 2019-ci il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları təşkil edib. **
B.Rüstəmbəyov