Azərbaycan prezidenti İlham Əliyev qüvvədə olan qanunvericiliyə maliyyə bazarının bəzi peşəkar iştirakçılarının baş mühasiblərinə yeni tələbləri müəyyən edən düzəlişləri təsdiq edib.
Xüsusilə, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Düzəlişlərə əsasən, həmin təşkilatlarda baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır. **
Ə.Məmmədov