2019-cu ilin I rübündə Azərbaycan $18 mln. 113,01 min dəyərində təzə xurma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Yanvar-mart aylarında Azərbaycan $18 mln. 113,01 min dəyərində 23,833 min ton xurma ixrac edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə xurma ixracı miqdar ifadəsində 1% artıb, dəyər ifadəsində 5,5% azalıb”, - deyə məlumatda bildirilir.
Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, cari ilin I rübündə Rusiyaya $17 mln. 497,31 min dəyərində (azalma 6%) 22,442 min ton (azalma 0,1%) təzə xurma ixrac olunub. Ümumilikdə, 2019-cu ilin yanvar-mart ayları ərzində Azərbaycandan təzə xurma ixracının 94,1%-i RF-nin payına düşüb.
2018-ci ildə Azərbaycan $114 mln. 538,97 min məbləğində 150,912 min ton təzə xurma ixrac edib. Bu məhsulun əsas ixrac həcmi Rusiyanın payına düşüb. Belə ki, ötən il Rusiyaya $105 mln. 168,89 min dəyərində 127,547 min ton xurma ixrac edilib.*
B.Rüstəmbəyov