Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) prezidenti Aleksandr Çeferin prezident İlham Əliyevlə görüşdə bildirib ki, Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işləri görülüb.
Prezident İlham Əliyev bu gün A.Çeferinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Çeferin Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsi üçün yüksək səviyyədə hazırlıq işlərinin görüldüyünü qeyd edib. O, paytaxtımızda özlərini çox rahat hiss etdiklərini deyib”, - deyə məlumatda bildirilir.
UEFA-nın prezidenti yaradılmış şəraitə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Öz növbəsində, prezident İ.Əliyev Azərbaycan ilə UEFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.*
F.İsazadə