Bakı və Minsk qarşılıqlı ticarət dövriyyəsinin həcmini $1 mlrd.-a çatdırmağı planlaşdırır. Bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov deyib.
“Yaxın zamanda ticarət dövriyyəsini milyarda çatdırılmasına dair qarşımıza vəzifə qoyulub”, - Qəndilov CTB Belarus telekanalına bildirib.
O qeyd edib ki, bu, dövlətlərin üçüncü ölkələrin bazarlarına çıxışı və kooperasiya əlaqələrinin inkişafı hesabına mümkün olacaq.
Səfir həmçinin Bakı ilə Minsk arasında ikitərəfli əlaqələrin dinamik inkişafını qeyd edib.
“Münasibətlərmiz bütün istiqamətlərdə – həm iqtisadiyyat, həm siyasət, həm mədəniyyət sahələrində sürətlə inkişaf edir”, - Qəndilov vurğulayıb.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Belarus ilə ticarət dövriyyəsinin həcmi $204 mln.-a yaxın təşkil edib. **
R.Babayev