ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan liderləri, xarici işlər nazirləri ilə göüşlərin yekunlarına dair birgə bəyanatla çıxış edərək yaxın zamanda Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün planlaşdırıldığı barədə məlumat veriblər.
“Həmsədrlər Qarabağ münaqişəsinin nizamlanması prosesində gələcəkdə konkret addımlar, həmçinin humanitar tədbirlər və təhlükəsizlik tədbirlərinə dair təkliflərini təqdim ediblər. Ermənistan və Azərbaycan XİN başçıları yaxın zamanda həmsədrlərin himayəsi altında görüşün keçirilməsinə dair təklifi qəbul ediblər və müvafiq zamanda bu barədə ətraflı məlumat verəcəklər”, - həmsədrlərin cümə axşamı yaydığı bəyanatda deyilir.
Eyni zamanda, həmsədrlər yaxın zamanda verilən qurbanlarla əlaqədar narahatlıq ifadə edərək gərginliyə yol verməmək üçün tərəfləri maksimum təmkinli olmağa çağırıblar. **
B.Rüstəmbəyov