İyunun 21-nə nəzərdə tutulmuş 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019” iqtisadiyyat və energetika sahəsində Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına həsr olunacaq. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib.
“Caspian Energy Forum Tbilisi – 2019”un təşkilatçısı Caspian Energy Georgia şirkəti, sponsoru isə PASHA Bank Georgia-dır. Forum Gürcüstan Hökumətinin, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyilə təşkil olunur.
“Caspian Energy Forum Tbilisi – 2019”da sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının başçılarının da yer aldıqları dünyanın 30 ölkəsindən 300-dən artıq deleqat iştirak edəcək.
Plenar tematik sessiyaların keçiriləcəyi forumda kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Kvemo-Kartlo regionunun rəhbərliyi ilə razılığa əsasən bu il bu regionla əməkdaşlıqlda maraqla olan Caspian European Club-un üzv şirkətlərin rəhbər və nümayəndələri üçün CEO Lunch Marneuli təşkil olunacaq.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.
Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.