2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 374,8 mln. manatlıq (təxminən $220,5 mln.) əməliyyat aparıblar. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə əməliyyatların həcmi 7,8% azalıb.
Cari ilin aprel ayında xarici vətəndaşlar bank kartları vasitəsi ilə 103,2 mln. manat məbləğində (ötən ilin aprel ayı ilə müqayisədə azalma 5,9% – İF) əməliyyat aparıblar.
Xəbər verildiyi kimi, ötən ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 1 mlrd. 278,4 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 25% çoxdur.
2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana turist axını 2018-ci ilin analoji dövrü ilə müqayisədə 0,2% - 847,902 min nəfərədək artıb.*
A.Əzizov